Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata əsasən, Məsud Pezeşkian Əfqanıstan və Pakistan arasında baş verən son hadisələrə toxunaraq bildirib:
“Bu iki qardaş, müsəlman və qonşu ölkə arasında baş verən son hadisələr bölgə ölkələrinin, o cümlədən İran İslam Respublikasının ciddi narahatlığına və dərin təəssüfünə səbəb olub.”
Prezident vurğuladı ki, müsəlman ölkələri xüsusilə bölgənin eyni kökdən və mədəniyyətdən olan xalqları iman, tarix və mədəniyyət baxımından qırılmaz bir bağa malikdirlər və Qurani-Kərimin
«إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ»
“Həqiqətən, möminlər qardaşdırlar” ayəsinə əsasən, bir bədənin üzvləri kimi sülh, ədalət və tərəqqi uğrunda bir-birilərinin yanında dayanaraq çalışmaq borcundadırlar.
Pezeşkian qeyd edib ki, İslam ölkələri arasındakı ixtilaf və qarşıdurmalar bizim xalqlarımızın istəyi deyil, İslam düşmənləri və beynəlxalq sionizmin fitnələrinin nəticəsidir.
O bildirib ki, İslam ümmətinin düşmənləri daim müsəlman ölkələri arasında ixtilaf yaratmaq və onları zəiflətməyə çalışıblar.
Prezident bildirib ki, bu iki İslam və qonşu ölkə arasında gərginliyin azaldılması üçün yeganə yol dialoq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. O əlavə edib:
“İran İslam Respublikası Qurani-Kərimin
«واعتصموا بحبل الله جمیعاً و لا تفرقوا»،
‘Hamınız Allahın ipinə sarılın və parçalanmayın’ ayəsinə imanla əsaslanaraq, gərginliyin azaldılması, dialoqun genişləndirilməsi və dost, qonşu iki ölkə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində bütün imkan və səylərini səfərbər edəcək.”
Pezeşkian bildirib ki, bölgə bu gün hər zamankından daha çox sakitliyə, həmrəyliyə və əməkdaşlığa ehtiyac duyur. O əlavə edib:
“Əminik ki, Əfqanıstan və Pakistanın hökumətləri və xalqları müdriklik və uzaqgörənliklə anlaşma və dialoq yolunu seçərək bir daha dostluq, əməkdaşlıq və qarşılıqlı etimad yolunu seçəcəklər.”
Xəbərin sonu
Rəyiniz